Cessi Korti

Cessi Korti

Aktyor

BİOQRAFİYA

Cessi Korti- Venesuela əsilli amerikalı televiziya aktyoru və səs aktyorudur. Ən çox Disneyin “Gözəl və Bədheybət” cizgi filmində Lefo adlı personajı səsləndirdiyinə görə yaddaşlarda qalıb. Həmçinin Brodveyin “Səfillər” tamaşasında Kurfeyrak rolunda çıxış etməsiilə məşhurlaşıb. Bundan başqa “Donmuş” cizgi filmində ispan personajı, “Zootopiya” cizgi filmində “Mister Manças”-ı səsləndirib. “24”, “Qəhrəmanlar”, “Düşkün Evdar Xanımlar” , “Qanun və Qayda” və digər tanınmış ABŞ seriallarına ikinci plan və qonaq rollara çəkilib. 1990-cı ildə narkotik vasitələrin ziyanı ilə bağlı maarifləndirici “Narkotikdən azad Amerika” reklmanında çəkildiyinə görə “Klio” mükafatına layiq görülüb. 3 iyul 1955-ci ildə Venesuelada doğulsa da, uşaqlığı və yeniyetməlik illər ABŞ-ın Nyu-Cersi ştatında keçib. Atası baptist kilsəsinin keşişi olub. 1973-cü ildə İstsayd orta məktəbinibitirib. Culiyetta Kordi ilə evlidir. 2 uşağı var.Hər iki övladı atasının getdiyi yolu tutub. Oğlu Cessi Devid Korti “The World Ends with You and Kingdom Hearts 3D: Dream Drop Distance”videooyununda Neku Sakuraba personajını səsləndirib. Qızı Avril Kortidə akrisalıq fəaliyyəti ilə məşğuldur. Kortinin Laura adlı ilk həyat yoldaşı 1987-ci ildə Merilend ştatında baş vermiş ağır-dəmiryolu qəzasında həlak olub.Sərnişin qatarında yer alan Laura ərinin Vaşinqtonun Kennedi mərkəzində “Səfillər” tamaşasındakı çıxışına baxdıqdan sonra geri dönürdü. Ancaq Çeys qəsəbəsindəqatarın yük vaqonu ilə toqquşması nəticəsində həyatını itirir. Qəzə səbəbinin araşdırılmasından sonra yük qatarı heyətinin xidmət başında uyuşdurucu maddələrdən istifadə etdiyi ortaya çıxır. Buna görə həyat yoldaşının ölümündən sonranarkotik vasitələrə qarşı maarifləndirici reklam çarxlarına çəkilməyə başlayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jesse_Corti

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç