Robbi Benson
Aktyor, yazıçı
Robin Devid Siqal- amerikalı aktyor, rejissor, müğənni və müəllimdir. Robbi Benson səhnə adı ilə tanınır. Daha çox Disney studiyasının 1993-cü ildə ekranlara çıxan “Gözəl və Bəbheybət”cizgi filmi və onun çoxsaylı sikvellərində və spinoff-larında “bədheybət” persojanını səsləndirməsi ilə məşhurlaşıb. Həmçinin rejissor olaraq populyar “Dostlar” serialının bir neçə epizodunu lentə alıb. 21 yanvar 1956-cı ildə Texas ştatının Dallas şəhərində yəhudi ailəsində anadan olub. Anası Freda Enn (Benson)müğənni və aktrisa, atası – Cerri Siqal yazıçı olub. Bensonun uşaqlığı Nyu-York şəhərində keçib. 10 yaşı olanda anasının qızlıq soyadını özünə səhnə adı seçib. 1967-ci ildə “Qaranlığı gözlə” filmində epizodik rolla aktyor debütü baş tutub. 1970-ci ildə isə “Rotşildlər” adlı tamaşa ilə Brodvey debütünü gerçəkləşdirib. 71-72-ci illərdə “Sabahın axtarışında” adlı gündüz saatlarında yayılan sabun operasına çəkilib. 72-76-cı illər ərzində əsasən orta və aşağı büdcəli filmlərə yeniyetmə rollarına dəvət alıb. 1981-ci ildə Çeym Potokun eyniadlı romanı əsasında lentə alınmış “Seçilmiş” filmində baş rola çəkilib. Nyu-York Taymzın kino ilə bağl şərhlərində onun çıxışı fərqli rəylərlə səbəb olsa da, ümumilikdə aktyorluq məharəti qənaətbəxş qiymətləndirilib. Onun tamaşaçıların simpatiyasını qazana bildiyi qeyd olunub. 1983-cü ildə “Qaçan cəsur” bioqrafik dramında Benson 10 min metr qaçış üzrə Olimpiya çempionu Billi Millsi oynayıb. 1991-ci ildə Disney studiyasının “Gözəl və Bədyehbət” animasiya filmində baş personajı səsləndirib. 93-94-cü illərdə ABŞ telekanallarından birində yayımlanan “Ekso-bölük” (Exosquad) elmi-fantastik cizgi serialında C.T.Marş personajını səsləndirib. Benson eyni zamanda özünü yazıçı kimi də sübuta yetirib. 2007-ci ildə “Məzəlini kim oğurlayıb?: Hollivud romanı” adlı kitabı Bensonu Los-Ancelesin bestseller yazıçıları sırasına daxil edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: