Qari Truzdeyl

Qari Truzdeyl

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA
Qari Truzdeyl – amerikalı rejissor və ssenaristdir. 8 iyun 1960-cı ildə ABŞ-da anadan olub. Yuxarı siniflərdə onda memar olmaq arzusu yaranıb. Ancaq “CalARts” məktəbinin nümayəndələri ilə görüşü onun bu arzusunu kökündən kəsir. Həmin məktəbdə üç il təhsil aldıqdan sonra Truzdeyl animator ixtisasına yiyələnir. 1982-ci ildə "CarterlMendez Productions" studiyası ilə birillik müqavilə bağlayır, müxtəlif televiziya layihələrinin dizaynı ilə məşğul olur. Daha sonra "Disney" studiyasında xüsusi effektlər tərtibatçısının köməkçisi vəzifəsinə işə düzəlir. Onun ilk layihəsi 1985-ci ildə “Qara tava” filmi olur. “Mənim elmi layihəm” adlı fantastik komediyada əlavə xüsusi effektlərdə baş animatorun köməkçisi olub. Daha sonra tammetrajlı layihələrin hazırlanması bölməsinə keçib. Bu bölmədə “Oliver və şirkəti”, “Su pərisi”, “Avstraliya xilasediciləri” filmləri üzərində çalışır. Həmçinin, Disney studiyasının ssenari bölməsində “Ələddin” cizgi filminin yaradılmasında iştirak edir. 1991-ci ildə isə rejissor Kirk Uaysla birgə hazırladığı “Gözəl və Bədheybət” cizgi filmi ekranlara çıxır. Fantastik kassa uğuru və tənqidçilərin rəğbətini qazanan animasiya onun karyerasına öz damğasını vurur. "DreamWorks Animation" studiyasında fəaliyyət göstərir. “Şrek” və “Madaqaskar” franşizaları üzərində iş görüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Gary_Trousdale

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç