Brayan Gibson

Brayan Gibson

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Brayan Gibson 22 sentyabr 1944-cü ildə İngiltərənin Esseks bölgəsində doğulub. Anası Viktoriya mağaza satıcısı, atası dülgər olub. Southend oğlanlar məktəbini bitirib. Daha sonra Kembricin St.Catharine kollecində təhsilini davam etdirib. Orada tibb sahəsi üzrə oxuyub. Ardınca Darvin Kollecində elm tarixi üzrə təhsil alıb. 1960-cı illərin sonlarından BBC telekanalında işləməyə başlayıb, müxtəlif elmi sənədli filmləri lentə alıb. 1979-cu ildə “Mavi Yaddaqalan Təpələr” televiziya filmində Hellen Mirreni baş rola çəkib. Həmin film üzərində gördüyü işə görə ən yaxşı rejissor nominasiyasında BAFTA mükafatı qazandırıb. Bədii tammetrajlı filmdə rejissor debütünü 1980-cı ildə “Sınmış şüşə” filmində gerçəkləşdirib. 1986-cı ildə “Potergeyst 2” filmini lentə alıb. 1989-cu ildə isə HBO telekanalında yayımlanan “Aramızdakı qatillər: Saymon Visentalın hekayəsi “ televiziya filmində Ben Kinqslini baş rola çəkib. 1990-cı illərdə mavi ekranlara “Uyuşdurucu müharibələri: Kamarena hekayəsi” adlı mini-serialı çıxır. Baş rollara Stiven Bauer və Benisio Del Toro çəkilir. 1991-ci ildə “The Josephine Baker Story” televiziya filminə görə “Emmi” və “Amerika Rejissorları Gildiyasının” mükafatını qazanıb. 1996-cı ildə Demi Mur və Alek Bolduinin baş rollara çəkildiyi “Andlı” trillerini lentə alıb. 2002-ci ildə Salma Hayek və Alfred Molinanın baş rola çəkildiyi “Frida” adlı bioqrafik dramın icraçı prodüseri olub. "20th Century Fox" studiyasının sifarişi ilə növbəti bədii filminə rejissorluq etməyə hazırlaşdığı əsnada ona xərçəng diaqnozu qoyulub. Müalicəsi ilə əlaqədar kinodan ayrılıb. 2004-cü ildə sümük xərçənginin ağırlaşmasından sonra 59 yaşında vəfat edib. İki dəfə evli olub. Hər iki nikahdan övladları (hərəsindən bir qızı).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Brian_Gibson_(director)

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç