İsgəndər Keyns

İsgəndər Keyns

Aktyor

BİOQRAFİYA

İsgəndər Keyns 5 sentyabr 1991-ci ildə Londonda (İngiltərə) anadan olub. Anası Livan və Türk əsillidir, atası britaniyalıdır. İsgəndərin ana babası Böyük Britaniyaya köçməzdən əvvəl Tunis prezidentinin müşaviri olub, babasının qardaşı Albert Xourani isə Yaxın Şərq üzrə aparıcı tarixçi olub. İsgəndərin əmisi Kembric Universitetinin professoru Saymon Keyns, əmisi fizioloq Riçard Keynsdir, ata tərəfdən ulu babası Edqar Edrian 1932 ildə Nobel mükafatı laureatı olub. İsgəndər 2000-2005-ci illərdə Anna Şerin teatr məktəbində aktyorluq kurslarına gedib. 2008-ci ildə Londonun özəl oğlanlar məktəbini bitirib. Uşaqlığından bəri müxtəlif tamaşalarda səhnəyə çıxıb. 2003-cü ildə televiziya debütünü edərək “Ferrari” filmində baş rola çəkilib. 2004-cü ildə rejissor Endrü Adamson 12 yaşlı İsgəndəri “Narniya səlnamələri” filminin birinci hissəsinə Edmund Pevens roluna təsdiq edir. Gənc aktyor silsilənin hər üç hissəsində baş personajlardan birinci canlandırır. Saqanın fantastik uğuruna baxmayaraq İsgəndər aktyor karyerasını davam etdirməməyə qərar verib. 2014-cü ildə universiteti bitirib və hazırda Britaniya parlamenti üzvünün müşaviri vəzifəsində çalışır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D0%B9%D0%BD%D1%81,_%D0%A1%D0%BA%D0%B0%D0%BD%D0%B4%D0%B0%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç