Corci Henli

Corci Henli

Aktrisa

BİOQRAFİYA

Corcina Helen (Corci) Henli 9 iyul 1995-ci ildə Uest-Yorkşir əyalətinin İlkli şəhərində doğulub. Məktəbi bitirdikdən sonra 2013-cü ildə Kembric universitetinin nəzdində fəaliyyət göstərən Kler kollecində ingilis dili və ədəbiyyatı üzrə ali təhsil alıb. 2016-cı ildə universiteti bitirərək, bakalavr dərəcəsi əldə edib. Uşaqlıq illərində reklam çarxlarına çəkilib. Daha sonra yerli teatr dərnəyində uşaq rollarında səhnəyə çıxıb. Öz oyunu ilə kastinq-direktoru Pipp Holun diqqətini cəlb edir. Dinləmələrə çağırılan Corci “Narniya salnamələri” saqasının ilk hissəsinin kastinqində 2 mindən çox uşaq arasından seçilib. Film 700 milyon dollardan çox kassa gəliri götürüb və debüt roluna görə Corciyə iki mötəbər kinomükafatı qazandırıb.(Phoenix Film Critics Society Award və Young Artist Award). Lüsi rolunu saqanın sikvellərində - 2008-ci ildə ekranlara çıxan “Şahzadə Kaspiyan” və 2010-cu ildə premyerası baş tutan “Şəfəq fatehi ”filmlərində də oynayıb. “Narniya salnamələri: Aslan, cadugər və sehirli dolab” filmində və onun sikvelində oynadığı Lüsi Pevensi rolu ilə məşhurlaşıb. Həmin rola görə gənc aktyorlar arasında “ən yaxşı qadın rolu” nominasiyasında Feniks kino tənqidçiləri cəmiyyətinin mükafatını qazanıb. Fentezi janrından savayı ilk ciddi rolu BBC telekanalında yayımlanan “Ceyn Eyr” filmində gənc Ceyn Eyr rolu sayılır. Universitetdə oxuduğu illərdə isə daha çox teatr tamaşalarında iştirak edib. Vudi Allenin “Bir daha çal, Sem” , Marqaret Etvudun “Penelopiad”, Entoni Bercessin “Clockwork Orange” tamaşalarında səhnəyə çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%BD%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç