Endrü Adamson

Endrü Adamson

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Endrü Ralf Adamson 1 dekabr 1966-cı ildə Oklend şəhərində (Yeni Zelandiya) xristian missionerlərin ailəsində dünyaya göz açıb. 11 yaşında olanda valideynləri ilə Papua-Yeni Qvineyaya köçüb. Məktəbi bitirib həddi-buluğa çatandan sonra doğma şəhərinə qayıdıb. 24 yaşında isə San-Fransiskoya, oradan da Los-Ancelesə köçüb. Uşaqlıqda memar olmağı arzulayıb. Ancaq universitetə qəbul ərəfəsində qəzaya düşdüyündən sənədlərini qeydiyyata təqdim edə bilməyib. Kaliforniyaya köçdükdən sonra “Pacific Data İmages” şirkətinin şöbələrindən birində texniki direktor vəzifəsində işləyib. Robbin Uilyamsla birgə “Oyuncaqlar” (1992) filminin çəkilişlərində iştirak edib. Rejissor debütünü 2001-ci ildə “Şrek” cizgi filmi ilə gerçəkləşdirib. Bu debütü onun karyerasına öz damğasını vurur. Animasiya yarım milyarda yaxın gəlir götürür. Ən yaxşı tammetrajlı cizgi filmi nominasiyasında “Oskar” mükafatına namizəd olur. Daha sonra “Şrek 2”ni çəkir. Sikvelin kassa uğuru birinci hissədən də yüksək olur. Rejissor daha sonra bədii filmə üz tutaraq fentezi janrında “Narniya səlnamələri: Aslan, cadugər və sehirli rəf " (2005) filmini lentə alır. 180 milyon dollar büdcəsi olan film 750 milyondan çox kassa gəliri götürüb. 2008-ci ildə isə ekranlara saqanın növbəti – “Şahzadə Kaspiyan” adlı hissəsi çıxır. 2012-ci ildə isə Adamson birdən-birə tam fərqli janra üz tutur. Hyü Lorinin iştirakı ilə “Mister Pip” adlı tarixi dramını ərsəyə gətirir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andrew_Adamson
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç