Luis Omar
Aktyor
Luis Omar i Toboso 20 aprel 1957-ci ildə Barselona şəhərində anadan olub. Barselona Muxtar Universitetində hüquq fakültəsində oxuyub, daha sonra doğma şəhərinin Teatr məktəbinə daxil olub. 1974-cü ildə Luis peşəkar aktyor karyerasına qədəm qoyub. Rejissor Anhel Karmonun qoyduğu “Otello” tamaşasında iştirak edib. 1976-cı ildə bir neçə gənc həmkarı ilə birgə “Lliure Teatre” adlı Barselona teatr kooperativini təsis edib; orada bir neçə il ərzində fasiləsiz olaraq çalışıb (1992-1998-ci illər ərzində), 30-dan çox tamaşada iştirak edib. Eyni zamanda özünü teleseriallarda və televiziya filmlərində sınayıb. 1981-ci ildə rejissor Fransesk Betriunun “Almaz meydanı” dramında çəkilməkdə İspaniyada məşhurlaşıb. Avropa və dünya şöhrətini isə aktyor 2000-ci illərdə qazanıb. 2004-cü ildə Pedro Almadovarın səsküylü “Pis tərbiyyə” filminə çəkilib. 2009-cu ildə Almadovarla əməkdaşlığı davam etdirərək, bu dəfə “Açılmış qucaq” filminə çəkilib; sevgi və ehtirasla dolu romantik filmdə Penelopa Kruzun tərəf müqabili olub. Luis Omarın kinodakı nailiyyətlərinə baxmayaraq, televiziya və teatr səhnəsində də mütəmadi olaraq çıxış edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%BC%D0%B0%D1%80,_%D0%9B%D1%83%D0%B8%D1%81