Belen Rueda

Belen Rueda

Aktrisa

BİOQRAFİYA

Mariya Belen Rueda Qarsiya- Porrero 16 mart 1965-ci ildə İspaniyanın Madrid şəhərində dünyaya göz açıb. Atası mühəndis-inşaatçı, anası balet üzrə təlimatçı olub. Üçövladlı ailənin ortancıl uşağıdır. Uşaq olanda kiçik bacısının asma problemi ilə əlaqədar ailəsi San-Xuan şəhərinə köçüb. 18 yaşında olanda yenidən doğma şəhəri Madridə qayıdıb. Universitetə daxil olaraq memarlıq ixtisası üzrə ali təhsil alıb. Ancaq sonra təhsilini yarımçıq qoyub. Madriddə satıcı, sonra isə model işinə düzəlib. Bir müddətdən sonra isə teleaparıcı olmağa nail olub. Bundan sonra Rueda televiziya filmləri və seriallarına çəkilməyə başlayır. “Serrano ailəsi” serialında Luisni Qomes Kassado rolunu oynadıqdan sonra kinoda çəkilmək təklifləri gəlir. 2004-cü ildə rejissor Alexandro Amenabarın “Daxilimdəki dəniz” bioqrafik dramında Culiya rolunun ifasına görə “Qoya” kinomükafatına layiq görülüb. Rueda eyni zamanda Xuan Antonio Bayonun “Sığınacaq” trillerində oynadığı Laura roluna görə “Qoya” mükafatı ilə təltif edilib. Rueda uzun müddət Deniel Esixlə evli olub. Onların birgə nikahdan 1994, 1996 və 1998 təvəllüdlü üç qızları olub. Ailənin sonbeşiyi ürək xəstəliyi ilə əlaqədar dünyasını dəyişib. Hazırda aktrisa ərindən boşanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/belen_rueda/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç