Aleksis Napp

Aleksis Napp

Aktrisa

BİOQRAFİYA

Aleksis Merizalde Napp 31 iyul 1989-cu ildə Pensilvaniya ştatının Avonmor şəhərində anadan olub. İki qardaşı var. 18 yaşında Los-Ancelesə köçərək, model işləməyə başlayıb. Daha sonra kino karyerasına qədəm qoyub. Ekranlara ilk dəfə “Sevgi formulası” və “Persi Cekson və şimşək oğrusu” filmlərində oynadığı epizodik rollarla çıxıb. 2012-ci ildə “Layihə X” filminə çəkilir. Daha çox “Layihə X” və “İdeal səs” filmlərində oynadığı rollar görə tanınıb. Bundan başqa “İdeal səs” filmi və Mayli Sayrusla birgə “Gizli agent” filmində baş rola çəkilib. 2013-cü ildə “Aşağı mərtəbə” teleserialının pilot buraxılışlarında rol alıb. İşə daima gecikən, şənliklərdən başı açılmayan Torinin rəfiqəsi və həmkarı obrazını yaradıb. Serialın yayımı bir müddətdən sonra dayandırılıb. Daha sonra “Cinnamon Girl” serialına çəkilib. 2010-cu ilin yay aylarından aktyor Rayan Filliplə görüşüb. Həmin ilin sentyabr ayında tərəflər yollarını ayırıb. Ancaq ayrıldıqdan sonra Napp hamilə olduğunu aşkarlayır və 2011-ci ildə ondan Kaylani Merizalde Napp adlı qızını dünyaya gətirir. Fillip doğuşda iştirak edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BD%D0%B0%D0%BF%D0%BF,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç