Supriya Pathak

Supriya Pathak

Aktrisa

BİOQRAFİYA

Supriya Pathak 7 yanvar 1961-ci ildə Hindistanda sənətçi ailəsində dünyaya göz açıb. Anası Hindistan Milli Teatrının aktrisası olub, həmçinin Bollivud filmlərinə çəkilib. Atası kino studiyasında kostyumçu olub, böyük bacısı da kino sahəsində çalışıb. Ailə üzvlərinin kino və teatra bağlılığına baxmayaraq, aktrisa olmazdan əvvəl Mumbay universitetində təsviri incəsənət üzrə təhsil alıb. Supriya iki dəfə ərdə olub. İlk nikahı 22 yaşında olanda uğursuzluğa düçar olub. Pathak bir müddət sonra aktyor və prodüser Pankac Kapurla tanış olub. Cütlüyün birgə nikahdan iki övladı var, bundan başqa Pathakın əvvəlki evlilikdən olan oğlunu böyüdüblər. Pathak son illər daha çox prodüserlik fəaliyyəti ilə məşğul olur. Kinoda 1981-ci ildən çəkilməyə başlayıb, “Bizim era” adlı filmdə debütünü edib. Bir il sonra britaniya-hind istehsalı olan və baş rola Ben Kinqslinin çəkildiyi “Qandi” adlı bioqrafik dramda epizodik rolda çıxış edib. Filmə bundan başqa Deniel Dey-Lüis, Naycel Hotorn və digər məşhur Hindistan və Avropa aktyorları da çəkilib. 1988-ci ildə ekranlara çıxan “Benqal gecələri” dramında “baş qadın rolunu – britaniyalı mühəndisin (Hyü Qrantın qəhrəmanının) sevgilisi rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Supriya_Pathak

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç