Ram Qopal Varma

Ram Qopal Varma

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Ram Qopal Varma 7 aprel 1962-ci ildə Heydərabad şəhərində anadan olub. Başlıca olaraq Bollivud və Tollivudda fəaliyyət göstərir. Ən yaxşı rejissor və ssenari nominasiyasında bir neçə kinomükafatın o cümlədən Filmfare Award mükafatının laureatıdır. Atası “Annapurna Studios” kinoşirkətində səs mühəndisi işləyib. Uşaq yaşlarından kinoya böyük maraq göstərir. Vicayvadi şəhərində yerləşən Mühəndis kollecinə daxil olub. Mülki mühəndis ixtisasına yiyələnib. Təhsilini başa vurduqdan sonra Oberoi Hotelin tikinti meydanında mühəndis işləyib. Bir neçə il işlədikdən sonra texniki peşədən vaz keçib və rejissor köməkçisi vəzifəsinə işə düzəlib. Rejissor debütünü 1989-cu ildə “Siva” filmi ilə gerçəkləşdirib. Filmdə baş rollara Naqarcun və Amal Mukercini çəkib. Debüt işi ona ən yaxşı rejissor nominasiyasında “Nandi Award” kino mükafatını qazandırıb. İki ildən sonra həmin aktyorlarla Sivanın hind dilində olan versiyasını çəkib. Növbəti 10 il ərzində 9 filmdə rejissor qismində çıxış edib, 17 filmə prodüserlik edib. Ona daha çox şöhrət gətirən filmlər “Xəyanət” (1998), “Hər şeyin bədəli” (2002) və “Başqa aləm” filmlərindən ibarət qanqster trilogiyası olub. Onlardan ikisi rejissora Filmfare Awards kinomükafatında ən yaxşı film və ən yaxşı rejissor işi kateqoriyasında nominasiya qazandırıb. Karyerası ərzində ən yaxşı rejissor kateqoriyasında adı çəkilən mükafata 5 dəfə namizəd olub (o cümlədən, “Şadiman” (1995), “Kabus” (2003) və “Atanın tutduğu yol ilə” (2005) filmlərinin rejissorluğuna görə). Həmçinin 2000-ci ildə “Qəlbdə olan ağırlıq” filminə görə ən yaxşı film nominasiyasında Hindistanın Milli Kino Mükafatında qalib olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%80%D0%BC%D0%B0,_%D0%A0%D0%B0%D0%BC_%D0%93%D0%BE%D0%BF%D0%B0%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç