Cozef Trapaneze
Bəstəkar
Cozef Trapaneze (1984-cü il təvəllüdlü) amerikalı bəstəkar, aranjemançı və prodüserdir. Kino, televiziya, video oyunlar, teatr və konsertlər üçün kompozisiyalar və soundtreklər bəstələyir. Karyerasının ilk çağlarında əfsanəvi texno-rok qrup “Daft Punk”la əməkdaşlıq edib; "Disney Pictures" şirkətinin “Tron: İrs” adlı filminə saundtrek yazıb. Yazdığı musiqi ona böyük uğur gətirib. BBC telekanalı onun işini akustik və elektron alətlərin yüksək səviyyəli inteqrasiyası, majestik və ritmlərlə zəngin musiqi kimi dəyərləndirib. Daha sonralar "Sony Pictures" şirkətinin “Reyd 2” döyüş filminə, “Bannenin yolu” filmində, müstəqil rejissor işi olan “Mamitas” filminə bəstəkarlıq edib. Bundan savayı, “Veqasda baş verənlər” və “Xain” filmlərinin musiqisini aranjeman edib. Daha çox “Ən böyük Şoumen” (2017), “Küçələrin səsi” (2015), “Unutqanlıq” (2013), “Tron: İrs” (2010) filmlərinin bəstəkarı kimi tanınır. Karyerası ərzində ümumilikdə 75 film, serial, animasiya və seriala musiqi bəstələyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joseph_Trapanese