Nikolas Meyer

Nikolas Meyer

Ssenarist, rejissor

BİOQRAFİYA

Nikolas Meyer daha çox “Ulduz yolu” silsiləsindən olan 3 filmin ssenaristi və rejissoru kimi şöhrət qazanıb. Kinokaryerasında debütünü 1973-cü ildə “Arı-qızların basqını” adlı filmə ssenari yazmaqla gerçəkləşdirib. “Yeddi faizli qələvi” (1974) romanını yazmaqla beynəlxalq nüfuz qazanıb.1976-cı ildə həmin romanın motivləri əsasında “Kritik qərar” adlı film çəkilib. Yazdığı ssenariyə görə “Oskar” mükafatına namizəd olub. Rejissor debütü 1979-cu ildə “Zaman maşınında səyahət” filmi ilə baş tutub. Həmin filmə görə ən yaxşı ssenari nominasiyasında “Saturn” kinomükafatına layiq görülüb. Həmçinin Fantastik Filmlər Festivalının Qran-Pri mükafatı ilə təltif edilib. Növbəti rejissor işi “Ulduz yolu 2: Xanın qəzəbi” (1982) filmi hesab olunur. Adıçəkilən film Meyerə ikinci “Saturn” mükafatını qazandırır. 1983-cü ildə nüvə müharibəsindən bəhs edən “Ertəsi gün” televiziya filminin rejissoru olur. Sonuncu dəfə rejissor kreslosuna 1999-cu ildə əyləşib, “Vendetta” adlı telfilmini lentə alıb. Son illər daha çox prodüser və ssenarist olaraq fəaliyyət göstərir. Hazırda Los-Ancelesdə həyat yoldaşı Stefani və üç qızı ilə yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%B9%D0%B5%D1%80,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D1%81

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç