Kassandra Kler

Kassandra Kler

Yazıçı, ssenarist

BİOQRAFİYA

Kassandra Kler 31 iyul 1973-cü ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Atası alim və korporativ strategiya üzrə mütəxəssisdir. Ana tərəfdən olan babası qorxu filmlərinin tanınmış prodüseri Maks Rozenberqdir. Uşaqlığı müxtəlif ölkələrdə o cümlədə İran, ABŞ, Fransa, İngiltərə və İsveçrədə keçib. Los-Anceles şəhərində orta məktəbi bitirib. Yuxarı siniflərdə oxuduğu illərdə sinif yoldaşlarını əyləndirmək üçün müxtəlif hekayələr yazıb. Tələbə olduğu illərdə və sonralar Los-Anceles və Nyu-Yorkda yaşayıb, müxtəlif jurnallarda, o cümlədən kino haqqında “The Hollywood Reporter” jurnalında çalışıb. 2004-cü ildə Manhettenin peyzajından ilhamlanaraq ilk romanı olan “Sümüklər şəhəri”ni yazmağa başlayıb. Daha çox “Öldürücü silahlar” silsiləsindən olan romanları ilə ( “Sümüklər şəhəri” (2007), “Kül şəhəri” (2008), “Şüşə şəhər” (2009), “Məğlub mələklərin şəhəri” (2011), “İtkin ruhların şəhəri” (2012) və s.) məşhurlaşıb. Eyni zamanda “Öldürücü silahların” privkeli sayılan “Cəhənnəm mexanizmləri” saqasının müəllifidir. Kleri yazıçı Holli Blekin rəfiqəsidir. Birlikdə “Magisterium” silsiləsindən bir neçə romanlar və hekayələr yazıblar. Hazırda Kassandra Kler Massaçusets ştatının Amhörst şəhərində əri Coş Lüis və üç pişiyi ilə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Cassandra_Clare

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç