Harald Zvart

Harald Zvart

Rejissor

BİOQRAFİYA

Harald Zvart 1 iyul 1965-ci ildə Niderlandda doğulsa da, uşaqlığı Norveçin Fredrikstad şəhərində keçib. Səkkiz yaşından qısametrajlı filmlər çəkməyə başlayıb. Tələbəlik illərində çəkdiyi “Qabrielin sürprizi” adlı filminə görə Amstredam kinoakademiyasının rəğbətini qazanıb. Sözügedən film sonradan yerli telekanallardan birində nümayiş olunub. Qısametrajlı filmlər, musiqi klipləri və reklam çarxlarından savayı, ara-sıra tammetrajlı filmlər də çəkir. Böyük kinoda daha çox “Agent Kodi Benks”, “Makku barında bir gecə”, “Çəhrayı bəbir 2”, “Öldürücü silahlar: Sümüklər şəhəri” filmlərinin rejissoru kimi tanınır. Ona məşhurluq gətirən film, baş rollara Ceki Çan və Ceydon Smitin çəkildiyi “Karateçi oğlan” filmi hesab olunur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/harold_tsvart/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç