Piter Lord

Piter Lord

Prodüser, rejissor, ssenarist, aktyor, rəssam

BİOQRAFİYA

Piter Lord 1 yanvar 1953-cü ildə Britaniyanın Bristol şəhərində anadan olub. Uşaqlıq dostu Devid Sprokstonla birlikdə yeniyetməlik arzusunu gerçəkləşdirərək cizgi filmləri çəkib. 1976-cı ildə “ingilis dili” ixtisası üzrə York Universitetini bitirib. “Aardman” studiyasını aşağıbüdcəli studiya olaraq yaradıblar və ilk dönəmlərdə yalnız qısametrajlı cizgi filmləri və reklam treylerləri hazırlamaqla məşğul olublar. “Aardman Animations” animasiya studiyasının təsisçilərindən biridir. 2006-cı ildə Britaniya imperiyası ordeninin kavaleri adını qazanıb. Onların işləri ilk dəfə olaraq BBC-nin "Vision On" teleserialı çərçivəsində nümayiş olunub. 1977-ci ildə onlar stop-motion texnologiyası ilə plastilindən “Morf” adlı cizgi personajı yaradıblar. Növbəti illərdə gil animasiya texnologiyasını daha da təkmilləşdiriblər. 1991-ci ildə Lord 6 dəqiqə müddətli “Adəm” adlı gil animasiyasını ərsəyə gətirib. Həmin lent “Oskar” mükafatına namizəd olub. 2000-ci ildə karyerasının ən uğurlu və reytinqli işlərindən sayılan “Toyuq hinindən qaçış” cizgi filmini çəkib. Daha çox: “Morf” (1980), “Toyuq hinindən qaçış” (2000), “Uolles və Qromit” (2005), “Aradan çıx” (2005) cizgi filmlərinə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peter_Lord

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç