Qreq Mottola

Qreq Mottola

Rejissor, ssenarist

BİOQRAFİYA

Qreqori Cey “Qreq” Mottola 11 iyul 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində (ABŞ) katoliklər ailəsində doğulub. İrland-italiyan əsillidir. Karneqi-Mellon Universitetində incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra təhsilini kino sahəsi üzrə “Kolumbiya universitetində davam etdirib. 1996-cı ildə “Gündüz səyyahları” adlı müstəqil filmə ssenari yazıb və rejissorluq edib. Daha sonra televiziya məkanına doğru kurs götürüb. “Undeclared” və “Arrested Development” kimi serialların bir neçə epizoduna rejissorluq edib. Daha sonra tammetrajlı bədii filmlərə qayıdıb. 2007-ci ildə rejissor karyerasına öz damğasını vurmuş “Çox nadinc oğlanlar” (Superbad) filmi ekranlara çıxıb. Daha çox “Çox nadinc oğlanlar” (2007) və “Pol: Məxfi Materiallar” (2011) komediya filmlərinin rejissoru kimi tanınır. 2009-cu ildə “Mədəniyyət və istirahət parkı”, 2011-ci ildə isə “Pol: Məxfi materiallar” komediya filmi böyük ekranlara yol tapıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Greg_Mottola

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç