Petter Ness
Aktyor, rejissor
Petter Ness 14 mart 1960-cı ildə Osloda ( Norveç) anadan olub. Karyerasına 1982-ci ildə “Olsenin quldur dəstəsinin çevrilişi” filmində rekvizitlər üzrə köməkçi vəzifəsindən başlayıb. Teatr tamaşalarına yazdığı ssenari və rejissorluğa olan marağı sayəsində uğur qazanıb. Əvvəlcə televiziya və teatrda aktyor kimi fəaliyyət göstərir. 1997-ci ildən Osloda teatrın rejissoru təyin olunur. Lakin həmin illərdə bir neçə tammetrajlı filmdə çəkilir. 1999-cu ildə “Amansız xumarlıq” komediyası ilə debütü olur və bu filmə görə milli “Amanda” mükafatına layiq görülür. Növbəti filmi - "Ellinq" (2001) Hollivudda diqqət çəkir və 2002-ci ildə "Ən yaxşı xarici film" kateqoriyasında "Oskar"a namizəd seçilir və bununla "Oskar"a namizəd görülən dördüncü Norveç filmi olur. Doğma vətənində film çəkməyinə baxmayaraq, bəzi aktyorları Hollivuddan dəvət edir. 2012-ci ilə çəkdiyi “Qarın əsirləri” hərbi dramına Rupert Qrinti dəvət edir. Bundan əvvəl isə “Məhəbbətdən dəli olanlar” (2005) filmində baş rollara Coş Hartnett və Rada Mitçelli çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: