Cennifer Karpenter

Cennifer Karpenter

Aktrisa

BİOQRAFİYA

Cennifer Linn Karpenter 7 dekabr 1979-cu ildə Luisvil şəhərində (Kentukki ştatı, ABŞ) dünyaya gəlib. Əvvəl katolik qızlar məktəbində oxuyub. Daha sonra Uolden Teatr Konservatoriyasının kurslarına gedib, Nyu-Yorkda Culyard incəsənət məktəbində təhsil alıb. Ali təhsili başa vurmazdan əvvəl Artur Millerin Brodvey tamaşasında Liam Nison və Loroy Linni ilə birgə səhnəyə çıxıb. Böyük ekranlarda debütü 2002-ci ildə baş tutub. “People Are Dead” dramında ikinci plan rola çəkilib. “Emili Rouzun altı şeytanı” filmi onun ABŞ-da tanınmasına yol açıb. Tənqidçilərin müsbət rəyini qazanan film 2 MTV Movie Awards mükafatı il təltif olunub. ABŞ teleməkanının ən populyar və uzunömürlü kriminal seriallarından olan “Dekster” serialında oynadığı rolla məşhurlaşıb. Serialda məhkəmə tibbi eksperti işləyən lakin asudə vaxtlarında manyakların ovuna çıxan və onları edam edən Deksterin bacısı obrazını yaradıb. Həmçinin “Emili Rouzun altı şeytanı” filmində baş qəhrəmanı canlandırıb. 2006-cı ildə 2 MTV Movie Awards mükafatını qazanıb. Ardınca Showtime telekanalında yayımlanan “Dekster” serialına çəkilib. 8 mövsüm davam edən reytinqli şou, 2013-cü ildə aydın-olmayan sonluqla başa çatıb. Cenifferin oynadığı personaj həlak olsa da, baş qəhrəmanın aqibəti tamaşaçıya naməlum qalır. Şəxsi həyatına gəlincə 2008-2011-ci illərdə elə Dekster serialında baş rolu ifa edən Maykl Holla evli olub. 2016-cı ildə isə “The Avett Brothers” folk-qrupunun ifaçısı Set Evettə ərə gedib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%80%D...
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç