Cenyuari Cons

Cenyuari Cons

Aktrisa

BİOQRAFİYA

Cenyuari Kristen Cons amerikalı aktrisa və fotomodeldir. Cons 5 yanvar 1978-ci ildə ABŞ-ın Cənubi Dakota ştatının Su-Fols şəhərində dünyaya göz açıb. Valideynləri ona bu qeyri-adi adı Jaklin Süzannın “Once is not enough” romanın baş qəhrəmanının şərəfinə qoyub. Ruzvelt adına orta məktəbi bitirdikdən sonra model karyerasına baş vurub. Uzun müddət “Abercrombie & Fitch” brendinin siması olub. 1999-cu ildə Cenyuari “Qadın icması” adlı telefilmdə ilk rolunu oynayıb. “Dəlilər” serialında oynadığı rol ona şöhrət gətirib. Sözügedən serial 2007-2015-ci illər ərzində yayımlanıb. Aktrisalıqdan savayı ictimai fəaldır. 2009-cu ilin aprel ayından etibarən Cenyuari Cons köpəkbalıqlarının qorunması uğrunda mübarizə aparan “Oceana” şirkətinin mətbuat katibidir. Kinoda daha çox “İks adamlar: Birinci sinif” (2011), “Naməlum” (2011), “Qəzəbin idarə olunması” (2003) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 29 televiziya və kino layihəsində aktrisa olaraq iştirak edib

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç