Rocer Donaldson
Rejissor, ssenarist, produser
Rocer Donaldson 15 noyabr 1945-ci ildə Ballarat şəhərində (Avstraliya) anadan olub. 1965-ci ildə Yeni Zelandiyaya köçüb və reklam sahəsində kiçik biznesini qurub. 1976-cı ildə ilk filmi sayılan “Yatan itlər” dramının rejissoru və prodüseri olub. Beynəlxalq kino aləmində onun tanınmasına çəkdiyi “Baunti” filmi səbəb olub. Filmi əvvəl rejissor Devid Lin çəkməli idi. Ancaq sonradan layihədən imtina etdiyindən prodüser Dino De Laurentis rejissor kürsüsünə onu dəvət edib. 1984-cü ildə Rocer “Qızıl palma budağı” mükafatına namizəd olub. Kevin Kostnerin iştirakı ilə “Çıxış yoxdur” (1987) trillerinin, Tom Kruzun iştirakı ilə “Kokteyl” (1988) dramının, Entoni Hopkinsin iştirakı ilə “Ən sürətli hindu”(2005) filminin, Pirs Brosnan və Linda Hemiltonun iştirakı ilə “Pik-dante” fəlakət filminin və digər Hollivud filmlərinin rejissoru olub. Rocerin oğlu Kris Donaldson peşəkar altet olub, 1996 və 2000-ci il Olimpiya oyunlarında Yeni Zelandiyanı təmsil edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Roger_Donaldson