Adil Hüseyn

Adil Hüseyn

Aktyor

BİOQRAFİYA

Adil Hüseyn 5 oktyabr 1963-cü ildə Hindistanın Assam bölgəsinin Gülparə şəhərində müəllim ailəsində doğulub. Uşaqlığı doğma şəhərində keçib. Yeddi övladlı ailənin sonbeşiyidir. Aktyorluğa uşaqlığından bəri maraq göstərib. Məktəb tamaşalarında tez-tez səhnəyə çıxıb. 18 yaşında fəlsəfə ixtisası üzrə B. Borooah adına kollecə daxil olub. Kollecin tamaşalarında çıxış edib və özünü stend-ap komediyaçı olaraq sınaqdan keçirib. Məşhur Hollivud aktyorlarını təqlid edə bilir. Kinoya yol tapana qədər 6 il stend-ap komik kimi çıxışlar edib. Başlıca olaraq Bollivudda fəaliyyət göstərsə də, bəzən art-haus filmlərə də çəkilir. Daha çox “Məcburi fundamentalist” və “Pi-nin həyatı” (hər ikisi 2012-ci ildə ekranlara çıxıb) filmlərində oynadığı rolları ilə tanınır. 2017-ci ildə Milli Kino Mükafatının (Hindistan) münsiflərin xüsusi mükafatının laureatı olub. İngilis, hind, assam, benqal, tamil, malay, norveç və fransız dilli filmlərin çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Adil_Hussain

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç