Neytan Conson

Neytan Conson

Bəstəkar

BİOQRAFİYA

Neytan Tayler Conson 4 avqust 1976-cı ildə Vaşinqtonda anadan olub. Uşaqlığı Kolorado ştatında keçib 2000-ci illərin ortalarında İngiltərədə yaşayıb. Daha sonra ABŞ-ın Şərq sahillərinə geri dönüb və “Cinematic Underground” adlı musiqi qrupu ilə turne konsertləri verib. Musiqi qrupunda fəaliyyəti film bəstəkarlığına yol açıb. Mükafatlara layiq görülmüş rejissor Rayan Consonun “Kərpic” filminə ilk musiqisini bəstələyib. Musiqidə piano, truba, skripa və bir sıra başqa unikal musiqi alətlərindən istifadə olunub. Saundtreklərin hamısı Consonun Bornemut rayonundakı mənzilində, adi mikrofon və PowerBook kompüteri ilə yazılıb. Həmin bəstələrə görə ən yaxşı kino musiqisi nominasiyasında “Peyk” mükafatına namizəd olub. Conson daha sonra Rayanın ikinci filmi “Blum Qardaşları” kriminal komediyasına musiqi bəstələyir. 2012-ci ildə isə Rayanın kinokaryerasına öz möhürünü vuran “Zaman İlgəyi” filminə (sayca 3-cü filmi) saundtreklər yazıb.


Ətraflə məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nathan_Johnson_(musician)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç