Antuan Basler

Antuan Basler

Aktyor

BİOQRAFİYA

Antuan Basler 1 yanvar 1963-cü ildə İsveçrədə anadan olub. Məktəbi bitirdikdən sonra 1981-1984-cü illər ərzində Cenevrə Dram İncəsənət Konservatoriyasında oxuyub. Daha sonra Parisin Dram İncəsənət Akademiyasına daxil olub. Təhsilini 1986-cı ildə başa vurub. Aktyor karyerasını Ann-Mari Myevelin başçılığı altında 1984-cü ildə “Le Livre de Marie” adlı filmə çəkilməklə başlayıb. Növbəti ildə isə “Jour et nuit” adlı filmdə rol alıb. 90-cı illərin əvvəllərindən yüksələn templə kinolara çəkilir. Bir neçə filmdə, o cümlədən, “Paris oyanır” (1991), “Yeni həyat” (1993) və "İrma Veb" (1996) kimi lentlərdə baş rolları ifa edib. Həmçinin adları bəzi müstəqil rejissor işlərinin titrlarındə peyda olur. Buna rejissor Mişel Spinozanın “Məni buralardan götür apar” (1994) və Erik Romerin “Paris görüşü” (1995) filmlərini misal göstərmək olar. Bəzən çəkildiyi filmlərdə daha ekssentrik rollara dəvət alır (Doberman (1997) filmində Yan Kunen rolu, “Silsilə sevgili (1998) filmində Ceyms Yuta rolu və sair. Bundan savayı Antuan Basler rejissor-yazıçı Vinsent Ravalekin 3 reprizində çalışıb, onun qısametrajlı filmlərində görüntülənib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/antoine_basler/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç