Elis Taloni

Elis Taloni

Aktrisa

BİOQRAFİYA

Elis Taloni 26 iyul 1976-cı ildə Fransanın İl-de-Fransa bölgəsinin Ermon şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra piano ifaçılığı üzrə ali təhsil alıb, Paris konservatoriyasının məzunu olub. Tezliklə aktyor kurslarına yazılıb, teatr səhnəsinə çıxıb, kinoda epizodik rollara çəkilməyə başlayıb. “Yalan, xəyanət və ona bənzər şeylər...” (Mensonges et trahisons et plus si affinités…) dramı onun aktrisa karyerasında uğurlu başlanğıc olub. Daha sonra əfsanəvi fransız aktyor Pyer Rişarla “Kaktus” filminə çəkilib. Ardınca Fransız komediyasının əsas təmsilçilərindən olan rejissor Fransis Veberin “Dublyor” filmində rol alıb. Filmdə tərəf-müqabilləri Qad Elmal, Danni Bun və Daniel Otey kimi tanınmış sənətçilər olub. Elis uzun müddət aktyor Joslin Kivrenlə vətəndaş nikahında olub. Onlar “Ali məktəb” filminin çəkilişlərində tanış olublar. Sonuncunun avtomobil qəzasında ölümündən bir neçə ay əvvəl, cütlüyün Çarli adlı oğlu dünyaya gəlib (18 mart 2009-cu ildə). Musiqiyə olan həvəs ona anasından keçib. Caza böyük maraq göstərir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%BB%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç