Rob Hübel

Rob Hübel

Aktyor

BİOQRAFİYA

Rob Hübel 4 iyun 1969-cu ildə Cənubi Karolina ştatının Kolumbiya şəhərində anadan olub. Aktyor karyerasına 1999-cu ildə “Upright Citizens Brigade” serialına çəkilməklə başlayıb. 1999-cu ildə Hübel özünü fərqli ampluada sınamaq qərarına gəlir. “Tətil evi: Ailə ağacı” televiziya filminin studiyadan kənar prodüseri olur. 2000-ci ildə Hübel “Gündəlik şou” serialının 4 epizodu və “Qorxulu həqiqət” serialının 12 epizoduna prodüserlik edir. Soununcu 2001-ci ildə “Emmi” mükafatına namizəd olub. 2004-cü ildə Hübel özünü ssenarist olaraq sınayır. Onun yeni olan sahədə ilk işi “A2Z” serialının 4 epizodu olur. Aktyor olaraq daha çox “Sənin ananla necə tanış oldum”, “Ofis” və “Sipər agentləri” serialları, “Həyat olduğu kimi”, “Fakerlərlə tanışlıq 2”, “Qır-saqqız”, “Nəsillər”, “Dünyanın sonuna dost axtarıram” və “Uzaq ehtiyatda olan polislər” filmlərində oynadığı rollara görə tanınır. O eyni zamanda məşhuq cizgi filmi olan “Eybəcər mən” animasiyasının səsləndirilməsində iştirak edib. 2016-cı ildə ekranlara çıxan “Miss Stivens” filmində baş rollardan birini (Volter) oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/huebel-rob-11612.phtm...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç