Devid Kross

Devid Kross

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Devid Kross 4 aprel 1964-cü ildə Corciya ştatının Atlanta şəhərində yəhudi ailəsində anadan olub. Daha çox “Elvin və Burunduklar”, “Elvin və Burunduklar 2”, “Elvin və Burunduklar 3D” cizgi filmlərinə görə tanınır. 6 oktyabr 2012-ci ildə aktrisa Ember Temblinlə ailə qurub. Cütlüyün 2017-ci il təvəllüdlü qızı var. “David Cross: Let America Laugh” (2003) filminin rejissoru olub. “Bob və Devidlə cənab Şou” (1995-1998) serialının yaradılmasında iştirak edib. “Qaç, Ronni, qaç” (2002), “Cənab Şou və İnanılmaz, Fantastik Xəbər Buraxılışı” (1998) və digər filmlərə, “Bob və Devidlə cənab Şou” (1995-1998), “Ben Stillerin Şousu” (1992-1993), “Eybəcərlər şousu” (2006) seriallarına ssenari yazıb. “Təmiz şüurun əbədi şəfəqi” (2004), “Qara Geyimli adamlar” (1997), “Mən orda yoxam” (2007) və digər filmlərin, “Mənim Amerikan ailəm” (2009-2014), “Ləng inkişaf” (2003-2013), “Moda jurnalı” (1997-2003) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. Bundan başqa “Kunq-Fu Panda” (2008), "Kunq-Fu Panda 2” (2011), “Meqabeyin” (2010) və digər cizgi filmləri, Grand Theft Auto: San Andreas (2004), Halo 2 (2004) oyunlarında müxtəlif personajların səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_2678/david-cross

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç