Canet Fitç

Canet Fitç

Yazıçı, ssenarist

BİOQRAFİYA

Canet Fiç 9 noyabr 1955-ci ildə Los-Ancelesdə anadan olub. Uşaqlıqdan kitablara böyük maraq göstərib. Tələbə olduğu illərdə böyük tarixi hadisələr, dahi tarixi şəxsiyyətlər və onların həyat yolundan ilhamlanaraq tarixçi olmağı qərara qalır. Ancaq tələbə mübadiləsi proqramında İngiltərənin Kil Universitetinə düşməsi ilə bu fikrindən daşınıb və yazıçı olacağına qərar verib. “Məndə yaşamaq yanğısı yaranmışdı, bütün gününü kitabxanada keçirən birinə çevrilmək istəmirdim. Əlbəttə ki, yazıçı dedikdə həmin vaxt təsəvvürümə kapüşonlu plaş geyinən və həyatı sərgüzəştlərlə zəngin olan biri ağlıma gəlirdi”, - deyə mətbuata açıqlamasında bildirib. Hazırda Canet Cənubi-Kaliforniya universitetində yazıçılıq üzrə dərs deyir. Həmçinin bədii ədəbiyyata aid əlyazmalarının redaktəsi ilə məşğul olur. Ən sevdiyi yazıçılar Fyodor Dostoyevski və Edqar Allan Podur. Ən məşhur əsəri “Ağ oleandr” romanıdır, 2002-ci ildə onun əsasında britaniyalı rejissor Piter Kozminskinin eyniadlı bədii filmi ekrana çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.livelib.ru/author/113745-dzhanet-fitch

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç