Piter Kosminski

Piter Kosminski

Rejissor

BİOQRAFİYA

Piter Kosminski 21 aprel 1956-cı ildə Londonda dünyaya göz açıb. Asks Boys orta məktəbini bitirib, daha sonra Oksford Universitetinə daxil olub və kimya ixtisası üzrə təhsil alıb. Universitetdə oxuduğu illərdə tələbə teatr tamaşalarında aktiv iştirak edib. Onun prodüserlik etdiyi “12-ci gecə” adlı tamaşa böyük uğur qazanıb, truppası ilə Fransanın şimalına qədər müxtəlif bölgələrdə qastrollara yollanıb. Məşhur britaniyalı aktyor Hyü Qrantda gəncliyində həmin tamaşalarda çıxış edib. 1980-ci ildə məzun olduqdan sonra, BBC-də praktikant olaraq işə düzəlib. 1982-ci ildə tələb olunan müddətin başa çatmasından sonra BBC-nin Tamaşa bölməsində ssenarist vəzifəsinə işə götürülüb. Karyerası ərzində çoxsaylı televiziya və teatr tamaşalarının və serialların rejissoru olub. “Ağ Oleandr” adlı Hollivud dramı və “Döyüşçülər”, “Hökumət”, “Müfəttiş”, “Vədd”, “Qurd zalı” kimi populyar televiziya filmlərinin rejissoru kimi şöhrət qazanıb. 90-cı illərdə Kosminski İTV telekanalı üçün dörd saatlıq “Öldürmək məqsədilə güllələmə” adlı teledramını lentə alır. Film Britaniyada iki hissəli film kimi nümayiş olunub. Qalmaqallı süjetinə görə Şimali İrlandiya teleməkanında yayımı qadağan olunub. Kino aləmində Kosminski, çəkdiyi iki bədii film “İldırımlı aşırım” (1992) və 10 il sonra çəkdiyi “Ağ Oleandr” melodramlarına görə tanınır. Kino və televiziya sahəsində 20 ekran əsərinin rejissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peter_Kosminsky

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç