Kristofer Feyrbenk
Aktyor
Kristofer Feyrbenk 4 oktyabr 1953-cü ildə İngiltərənin Hörtfordşir qraflığında anadan olub. 1974-cü ildə Londonun Dram-İncəsənət Akademiyasını bitirib. Xidməti siyahısında çoxsaylı televiziya rolları yer alır (əsasən “Sapfir və dəmir”, “Scarlet Pimpernel” seriallarında). “Qulyabani dovşanın qarğışı” və “Əkil” adlı tammetrajlı cizgi filmlərində personajları səsləndirib. Feyrbenk Tim Börtonun “Betmen” filmində əsas oğrulardan birini oynayıb. Digər əlamətdar rolları arasında “Beşinci element” fantastik dramında şorgöz tədqiqatçı Maktilburqu, "Yadplanetli 3" filmində məhbus Merfini misal göstərmək olar. “Hamlet” filmində Mel Gibsonla birgə kamera qarşısına çıxıb. Ən çox “Auf Viderzeyn” tragikomik serialında oynadığı Albert Artur Moksi rolu ilə yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/christopher_fairbank/