Keyt Maqouen

Keyt Maqouen

Aktrisa

BİOQRAFİYA

Keyt Maqouen 1 iyun 1975-ci ildə Londonda (İngiltərə) anadan olub. Orta məktəbi bitirdikdən sonra rəqqasə kurslarına gedib. Daha sonra Londonun Aktyorluq İnstitutunun məzunu olub. Aktrisa karyerasına “Sky1” telekanalında yayımlanan “Arzuların komandası” adlı serialın 2-ci mövsümünə çəkilməklə başlayıb. Daha sonra “Ulduz tozu”, “Uşaqlıq”, "4 qız, 3 gün, 2 şəhər, 1 şans”, “Oğurlanmış” kimi reytinqli filmlərdə müxtəlif rollarda çıxış edib. Rejissor Maykl Uinterbottomun “24 saat şənlik adamları” filmində baş rola çəkilib. Daha çox “Ulduz tozu” filmində şahzadə Una rolu ilə məşhurlaşıb. 2004-cü ilin aprel ayında ingilis aktyor Con Simmə ərə gedib. Onların birgə nikahdan iki uşaqları var. Maqouen və Simm 4 filmə birgə çəkiliblər: “24 saatlıq şənlik adamları”, “Harri gəmidədir?”, “Devilvud” (qısametrajlı) və BBC-də yayımlanan “Sürgün” serialı.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kate_Magowan

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç