Alek Nyüman
Aktyor
Alek Nyüman 27 noyabr 1974-cü ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub. Atası Sendi Nyüman 70-ci illərin “Marmalade” adlı rok qrupunun iştirakçısı olub. Alekin 3 yaşı olanda ailəsi Qlazqodan Londona köçüb. 17 yaşı olanda zədələndiyindən futbol karyerasından imtina etməli olub və Milli Gənclər Teatrının truppasına qoşulub. Tamaşalarda bir çox tanınmış rollarla o cümlədən,Yaqo rolu ilə səhnəyə çıxıb (Şekspirin “Otello”su). Teatr məktəbində təhsilini başa vurduqdan sonra Londonun Musiqi və Dram-İncəsənət Akademiyasına daxil olub. Teatrla yanaşı televiziya və kino layihələrində də aktiv şəkildə iştirak edib. Britaniyanın teleməkanında debüt rolu “Taqqert”serialında Stiven Börn rolu olur. Serial 1983-cü ildə yayımlanıb. 2000-ci ildə “Düna” fantastik mini-serialında Pol Atreydes rolunu qazanıb. Ən uğurlu layihələri “Dünanın uşaqları” mini serialı və Lük Qoss, Donald Sazerlend və Jüli Delpinin iştirakı ilə 2004-cü ildə ekranlara çıxan “Frankenşteyn” filmi sayılır (əsas antaqonisti oynayıb). 2013-cü ilin fevral ayında Hizer Stüartla nişanlanıb. 2014-cü ildə sevgili cütlük Şotlandiyanın Erşir şəhərində rəsmi qaydada evləniblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: