Maykl Riçard Plauman
Bəstəkar, prodüser
Maykl Riçard Plauman 20 iyul 1965-ci ildə Böyük Britaniyada doğulub. 3 yaşından trubada ifa edir. Uşaqlığından bəri musiqiyə böyük maraq göstərib. Müxtəlif orkestr alətlərində ifa etməyi müstəqil şəkildə öyrənib. Şagird olduğu illərdə caz və rok qruplarının üzvü olub, yerli klublarda musiqi ifa edib. 14 yaşında televiziya layihəsinə dəvət olunub. 16 yaşında ilk müqaviləsini bağlayıb və ilk albomu işıq üzü görüb. Musiqi təhsilini Kanada və ABŞ universitetlərində davam etdirib. Məzun olduqdan sonra klassik musiqi dirijoru işləməyə başlayıb və müxtəlif beynəlxalq səviyyəli orkestrlərlə dünya ölkələrinə qastrollara yollanıb. Başlıca olaraq London, Los-Anceles, Vankuer kimi şəhərlərdə fəaliyyət göstərir. Sonradan kino və televiziya bəstəkarına çevrilib. ”Sony Pictures Television”, “BBC”, “Cartoon Network”, “Warner Bros.”, “20th Century Fox”, “New Line Cinema”, “MTV”, “Nickelodeon”, “A&E,” “Discovery” və “Animal Planet” kimi şirkətlərin layihələrinə, o cümlədən bədii və sənədli filmlərə, seriallara musiqi bəstələyib. Ümumilikdə kino, televiziya, video oyun üçün yazdığı 500-dən çox kompozisiyanın müəllifidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Richard_Plow...