Kevin Nilon

Kevin Nilon

Aktyor, ssenarist

BİOQRAFİYA

Kevin Nilon 18 noyabr 1953-cü ildə ABŞ-ın Konnektikut şəhərində anadan olub. Atası təyyarə inşası şirkətində çalışıb. Nilonun 4 qardaş-bacısı olub. Bir neçə aylıq körpə olanda valideynləri Konnektikutun Bricport şəhərinə köçüb. 1960-1964-cü illərdə Almaniyada yaşayıb. 1971-ci ildə Müqəddəs İosif adına Trambull şəhər orta məktəbini bitirib. İsanın Ürəyi Universitetində marketinq üzrə bakalavr dərəcəsi alıb. Karyerasını stendap komik olaraq Los-Ancelesdə, 70-ci illərdə başlayıb. Ekranlara ilk dəfə 1985-ci ildə “Müqəvva və missis Kinq” serialında epizodik rolla çıxıb. Növbəti il 33 yaşlı aktyoru “Şənbə axşamı canlı efirdə” adlı musiqili-yumoristik proqrama dəvət edirlər. Orada 9 il iştirak edir, 172 buraxılışına çəkilir, onlardan 20-yə yaxın ssenarini özü yazır. Böyük ekranlarda isə debütü 1987-ci ilə təsadüf edir. “Roksana” adlı filmdə əyyaş roluna çəkilir. Kinoda daha çox “Bəxtəvər Gilmor” (1996), “Toy ifaçısı” (1998), “Sendi Ueksler” (2017), “Qarışıq ailələr” (2014), “Zohanla zarafat etməyin” (2008), “Növbətçi ata” (2003) filmlərində oynadığı rollarla tanınır. 2001-ci ildə “Who Wants to Be a Millionaire? (Milyonçu – intellektual oyunu) tele oyununda 32 min dollar qazanıb. 2009-cu ildə “Bəli sən hamiləsən, bəs mən necə olum?” adlı kitabı dərc edib. 1989-cu ildə Linda Düpre ilə ailə qurub. 2002-ci ildə cültük boşanıb. 3 sentyabr 2005-ci ildə aktrisa Süzan Yiqli ilə evlənib. İndiyə kimi birlikdə olan cütlüyün, 2007-ci ildə Qeybl Nilson adlı oğulları doğulub. Aktyor eyni zamanda yaxşı qolf və poker oynaya bilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0005265/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç