Frenk Koraçi

Frenk Koraçi

Rejissor, aktyor, ssenarist

BİOQRAFİYA

Frenk Koraçi 3 fevral 1966-cı ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Nyu-York şəhər Universiteti nəzdində incəsənət məktəbini oxuyub. Ali təhsili 1988-ci ildə başa vurub. Başlıca olaraq aktyor və rejissor dostu Adam Sendlerlə əməkdaşlıq edir. Bir müddətdən sonra rejissor olan Koraçi Adam Sendlerin üç filmini, “Toy ifaçısı”, “Ananın gül balası”, “Klik” komediyalarını lentə alır. 2004-cü ildə Çeki Çanın iştirakı ilə “80 gün dünyanın ətrafında” filmini lentə alır. Çəkilişlərə edilən yüksək xərclərə baxmayaraq, ekran əsəri kassa uğursuzluğuna düçar olur. 110-milyon büdcə ilə ABŞ kinoteatrlarından cəmi 24 milyon dollar toplayır. 2011-ci ildə Frenk Koraçinin “Mənin zoopark işçisi sevgilim” romantik komediyası böyük ekranlara çıxır. Filmdə baş rollara Kevin Cemys və Rozario Douson çəkilib. 2016-cı ildə “Netflix” onlayn video yayım və prodakşn şirkətinin sifarişi ilə çəkdiyi “Uğursuz altılıq” komediya vesterninin premyerası baş tutur. Filmdə baş rola yenə də dostu və həmkarı Adam Sendler çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Frank_Coraci

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç