Anuşka Şarma
Aktrisa
Anuşka Şarma - hindistanlı aktrisa və modeldir. Başlıca olaraq Bollivud filmlərinə çəkilir. Hindistanın ən çox gəlir qazanan və ən populyar kino simalarından sayılır. Bir neçə kino mükafatının o cümlədən, “Filmfare Awards” mükafatının laureatıdır. Eyni zamanda bir neçə məşhur brend və məhsulun səfiridir, sosial şəbəkədə aktiv şəkildə iştirak edir. Həmçinin ictimai fəaldır, gender bərabərliyi və heyvan haqları uğrunda mübarizə aparır, müxtəlif xeyriyyə tədbirlərində iştirak edir. Anuşka Şarma 1 may 1988-ci ildə Uttar-Pradeş ştatının Ayodxya şəhərində anadan olub. Atası hərbi polkovnik, anası evdar qadındır. Qardaşı Karneş kino prodüseridir. "Times İndia"ya verdiyi müsahibədə “zabit qızı olması ilə aktrisa olmasından daha çox fəxr etdiyini” dilə gətirib. Hərbi məktəbi bitirdikdən sonra Banqalorda “Mount Carmel” kollecində humanitar təhsil alıb. 15 yaşından model biznesinə girişib. 2008-ci ildə Şahrux Xanla “Bu cütlüyü Tanrı yaradıb” filmində baş rola çəkilib. Bu onun kinoda debüt rolu sayılır. Film ona böyük uğur qazandırır. 2010-cu ildə “Toy mərasimi” adlı romantik filmə çəkilir. 2012-ci ildə isə “Nə qədər ki, sağam” filmi ekranlara çıxır. Sonuncuda oynadığı rola görə ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyasında “Filmfare Award” mükafatını qazanır. 2014-cü ildə Əmir Xanla “Pikey” adlı komediyada müxbir rolunu oynayıb. Film Hindistan tarixinin ən gəlirli filminə çevrilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D1%80%D...