Miranda Otto

Miranda Otto

Aktrisa

BİOQRAFİYA
Miranda Otto 16 dekabr 1967-ci ildə Avstraliyanın Kvinslend ştatının Brisben şəhərində doğulub. Kinoda daha çox rejissor Piter Ceksonun çoxsaylı “Oskar” mükafatları sahibi olan “Üzüklərin hökmdarı” trilogiyasında kral Teodenin qardaşı qızı Eovin rolu, həmçinin “Dünyaların savaşı” fantastik filmində oynadığı rolla yaddaşlarda qalıb. Aktyor ailəsində boya-başa çatıb. Atası tanınmış avstraliyalı aktyor Barri Ottodur. Anasi Lindsey Otto uşaq dünyaya gətirdikdən sonra aktrisa karyerasına son qoyub. Mirandanın ögey bacısı Qreysi Otto da aktrisalıqla məşğuldur. Mirandanın uşaqlığı Nyukasl və Brisbendə keçib. Eyni zamanda bir müddət Honkonqda yaşayıb. 1973-cü ildə valideynləri boşanıb. Buna baxmayaraq atası ailəyə sonadək dəstək olub. Mirandanın aktrisa olmaq qərarında onun müstəsna rolu olub. Uşaqlıqda həmdə baletlə məşğul olub. Miranda həftəsonlarını və tətilləri atası ilə Sidneydə keçirirdi. Bu onun aktrisa istedadının inkişafına müsbət təsir göstərib. Yeniyetməlik illərində Otto dostları ilə birgə ssenarilər yazıb, müxtəlif superqəhrəmanlar üçün kostyumlar hazırlayıb. Daha sonra Miranda Nimrod Teatrında səhnəyə çıxıb. Oynadığı rollar kastinq direktoru Feys Martinin diqqətini cəlb edir. Nəticədə 1986-cı ildə aktrisa ikinci dünya müharibəsi haqqında “Emmanın müharibəsi” adlı drama dəvət olunur. Aktrisa olmazdan əvvəl peşəkar balet rəqqasəsi olmağı planlaşdırsa da, skoliozla əlaqədar bu fikrindən daşınmalı olub. 1997-ci ildə Miranda aktyor Riçard Roksberqlə görüşməyə başlayıb. Ancaq 2000-ci ildə romantik münasibətlər başa çatıb. 2003-cü ildə aktyor Piter Obrayana ərə gedib. 2005-ci ildə birgə nikahdan Darsi adlı qızları dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%82%D1%82%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç