Eli Libert

Eli Libert

Aktrisa, prodüser

BİOQRAFİYA

Eli Libert kanadalı aktrisa, model və prodüserdir. Televiziyada debütünü 2003-cü ildə “Mənim kimi ölülər” adlı serialda epizodik rolla gerçəkləşdirib. 2012-2013-cü illərdə “Qızlar və bombalar” serialında aparıcı rollardan birini ifa edib. “Barbi: Şahzadə akademiyası”, “Çəhrayı çəkməli Barbi”, “Barbi və gizli qapı”cizgi filmlərində personajları səsləndirib. Aktrisa 20 avqust 1981-ci ildə Kanadada dünyaya gəlib. Uşaqlığı Dunkan şəhərində keçib. Yeniyetmə yaşlarından aktyorluq sənətinə həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra Kanada İncəsənət Kollecinə daxil olub. İki il təhsil aldıqdan sonra kino aktrisası olmaq arzusunu gerçəkləşdirmək üçün Vankuver şəhərinə köçüb. Aktrisa olaraq ilk ciddi işi “Bir bardaq burbon” adlı müzikl olub. Səhnəyə Veronika obrazında çıxıb. Kinoda daha çox “Möcüzə” (2017), “Sadiq” (2015), “Vadidə keçirdiyim 10 gün” (2017), “Apollon 18” filmlərində oynadığı rollarla tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın.

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%B1%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç