Rayan Robbins

Rayan Robbins

Aktyor

BİOQRAFİYA

Rayan Robbins 26 noyabr 1971-ci ildə Kanadada anadan olub. Ekranlarda daha çox “Sığınacaq” teleserialında Henri Foss, “Ulduz kreyseri – Qalaktika” serialında Çarli Konnor rolları ilə yadda qalıb. Robbins “Ulduz kreyseri – Qalaktika” serialında iki fərqli personajı oynamış yeganə aktyordur. Əvvəl ikinci saylon müharibəsi ərəfəsində Armistice stansiyasına təyin olunmuş kolonial zabit rolunu oynayıb. Yaşını artırmaq üçün üzərində güclü qrim işi aparılıb. Daha sonra isə “Smolvil sirləri” teleserialının üçüncü mövsümündə Lüis rolunu oynayıb. Ardınca “Kaprika” serialında Dieqo rolunu ifa edib. Həmçinin “jPod” serialının çəkilişlərində çıxış edib. Bundan başqa “The Guard” adlı Kanada serialında da rol alıb. 2011-ci ilin fevralında “Mortal Kombat” video oyunun ekran adaptasiyası olan “Ölümcül Savaş: İrs” serialında Reyden obrazını canlandırıb. Həmçinin 2011-ci ildə “Apollon 18” fantastik trillerində əsas rollardan birini ifa edib. Robbins 2002-ci ildə aktrisa Rebekka Rayhartla ailə qurub. Onların birgə nikahdan bir qız övladı var. 2010-cu ildə cütlük boşanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç