Tomas Mann

Tomas Mann

Aktyor, prodüser

BİOQRAFİYA

Tomas Mann 2012-ci ildə “Lahiyə X” komediyasında oynadığı rolla məşhurlaşıb. Tomas 27 sentyabr 1991-ci ildə ABŞ-ın Oreqon ştatının Portlend şəhərində anadan olub. 2 yaşında ailəsi Dallas şəhərinə (Texas ştatı) köçüb. Uşaqlığı və gəncliyi orada keçib. 2007-ci ildə “iCarly” teleserialının mövsümlərindən birində epizodik rol oynayıb. “Nickelodeon” kanalında uğurlu çıxışından sonra ona “Bundan da betər olur” komediya teleserialında daimi rol təklif ediblər. Bu gənc aktyorun karyerasında yüksəlmə nöqtəsinə çevrilir. 2010-cu ildə rejissor Anna Boden və Rayn Flekin lentə aldığı “Çox məzəli əhvalat” filminə çəkilir. Filmdə oynadığı rolla kinotənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb. Daha sonra karyerasının ən uğurlu filmi sayılan “Layihə X”ə dəvət alır. Kastinqlərdən altı dəfə kəsilsə də, təslim olur və israrlı şəkildə hazırlaşaraq yenidən dinləmələrə gəlir. Yeddinci cəhdindən sonra baş rollardan birini qazanır. Tomas Mann həmin rolla populyarlaşaraq, Hollivud rejissorlarının nəzər nöqtəsinə çevrilib. 2011-ci ildə Toması Riçard Laqravenesin “Gözəl varlıqlar” filminə dəvət edirlər. Filmin dünya premyerası 2013-cü ildə baş tutur. Eyni zamanda 2011-ci ildə “Cadugər ovçusu” filmində Ben roluna çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BD%D0%BD,_%D0%A2%D0%BE%D0%BC%D0%B0%D1%81_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç