Kami Qarsia

Kami Qarsia

Yazıçı, ssenarist

BİOQRAFİYA

Kami Qarsia 25 may 1972-ci ildə Vaşinqtonda (ABŞ) anadan olub. Uşaqlığı doğma şəhərində keçsə də, hazırda Los-Ancelesdə yaşayır. Əsl peşəsi məktəb müəlliməsidir, eyni zamanda oxu üzrə mütəxəssisdir. Uşaqlar və yeniyetmələr üçün bir neçə kitab qrupunun rəhbəridir. Müəllimlikdən savayı həm də peşəkar rəssamdır. Həmkarı və dostu Marqaret Stolla birgə Kaster xronikaları adlı ədəbi silsilənin müəllifidir. Dörd hissədən ibarət silsilə əsasən yeniyetmə auditoriya üçün nəzərdə tutulub. Bu silsilədən olan “Gözəl Varlıqlar” romanı ilə məşhurlaşıb. 2013-cü ildə Riçard Laqravenesin rejissorluğu ilə romanın eyniadlı adaptasiyası böyük ekrana çıxıb. “Gözəl Varlıqlar” kitabı beynəlxalq bestseller statusunu qazanıb. Kitab 50 ölkədə dərc olunub, 39 dilə tərcümə edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kami_Garcia

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç