Elayca Vud
Aktyor, prodüser
Elayca Cordan Vud - amerikalı aktyordur. Daha çox “Üzüklərin hökmdarı” trilogiyasında (2001-2003) Frodo Beggins rolu ilə məşhurlaşıb. Elayca Vud 28 yanvar 1981-ci ildə Ayova ştatında (ABŞ) doğulub. Uorren və Debbi Vudun üç uşağından ortancılı olub. Elayca Avstriya, alman və ingilis əsillidir. O, katolikdir. Zak Vud adlı prodüser qardaşı, Hanna Vud adlı aktrisa və şairə bacısı var. Uşaq yaşlarında Elayca Martin Loftsqardendən piano dərsləri alıb. Hiperaktiv uşaq olduğu üçün ona “qızışdıran” və “meymunça” deyirdilər. Elayca filmlərə çəkilməyə başladıqdan sonra ailəsi Ayovadan Los-Ancelesə (Kaliforniya ştatı, ABŞ) köçür. 1996-cı ildə ata-anası boşandığı üçün atası Ayovaya qayıdır. Uzun müddət Elayca Los-Ancelesdə yaşayıb, daha sonra isə Nyu-Yorka köçüb. “Üzüklərin hökmdarı” trilogiyasından sonra Elayca "Oskar"a layiq görülən “Təmiz şüurun sönməz şəfəqi” fantastik dramında, “Cəsus övladlar” macəra filminin 3 hissəsində, “Günahlar şəhəri” nuar kriminal trillerində çəkilib. “Yaşıl küçənin xuliqanları” kriinal dramında baş rolda oynayıb. 2012–ci ildə Elayca ona məşhurluq gətirən“Üzüklərin hökmdarı: Hobbit: Gözlənilməz səyahət” prikvelində çəkilir. Bir ildən sonra ispan rejissoru Euxenio Miranın “Təntənəli final” filmində baş rolu ifa edir. Baş rolda çəkildiyi “Açıq pəncərələr” filmi onun prodüserlik debütü olur. “Xəzinə adası” (2012), “Lombard xronikası” (2013), “Sonuncu ifritələr ovçusu” (2015) filmlərində çəkilib, cizgi filmləri personajlarını səsləndirib. 2014-cü ildə Vud “Hobbit: Beş ordunun savaşı” epik-fantaziya filmində təkrar Frodo obrazını canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elijah_Wood