Alakina Mann

Alakina Mann

Aktrisa

BİOQRAFİYA

Alakina Sara Mann 1 avqust 1990-cı ildə anadan olub. Ceyms Allen adına qızlar məktəbini bitirib. 2001-ci ildə kino debütü “Başqaları” adlı filmdə baş tutub. Mann və onun tərəf-müqabili (filmdə qardaşı rolunu oynayıb) Ceyms Bentli filmin kastinqlərində 5 mindən çox uşaq namizəd arasından seçiliblər. Qorxu filmində kseroderm xəstəliyindən əziyyət çəkən və anası və qardaşı ilə uzaq adada yerləşən malikanədə atasının müharibədən qayıtmasını gözləyən qızcığaz obrazını yaradıb. Həmin rola görə aktrisa “Qoya”, “Gənc aktyor” və “Saturn” mükafatlarına namizəd olub. 2003-cü ildə “Mirvari sırqalı qadın” filmində rəssam Yan Varmeyerin qohumu Korneliya Varmeyer roluna çəkilib. 2004-cü ildə qrafik novellanın ekranizasiyası olan “Damdabacalar” teleserialında bir epizoda çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BD%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç