Biyanka Hanter

Biyanka Hanter

Aktrisa

BİOQRAFİYA

Biyanka Hanter – amerikalı aktrisadır. Daha çox “Döyüşçü” (2010), “Çelsi qapıları” (2001) və “Pis Leytenant” filmlərində oynadığı rollarla yadda qalıb. Kino debütünü nə qədər qəribə səslənsə də 3 yaşında Al Paçinonun baş rola çəkildiyi “Serpiko” filmində edib. 1986-cı ildə Madonnanın “Papa don’t Preach” adlı mahnısının video klipinə çəkilib. 18 yaşı olanda rejissor Martin Skorsezenin “Yaxşı Oğlanlar” ( Goodfellas) filmində toy səhnəsində baş qəhrəmanlardan olan Keren Hilsin sağ-soldaşı rolunu oynayıb. 19 yaşında Nyu-Yorkun “Reagen Youth” pank qrupunun gitaraçısı və qurucusu Pol Bakica ilə evlənib. Ona görə iki filmdə titrlarda adı Biyanka Bakica kimi təqdim olunub. Hazırda “kor-koranə görüş” nəticəsində tanış olduğu üçüncü həyat yoldaşı Robert MakNouton ilə yaşayır. Onların dörd övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bianca_Hunter

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç