Maykl Bruk

Maykl Bruk

Bəstəkar

BİOQRAFİYA

Maykl Bruk - kanadalı gitaraçı-novator, ixtiraçı, musiqi prodüseri və bəstəkardır. 1952-ci ildə Kanadanın Toronto şəhərində dünyaya göz açıb. Karyerası ərzində müxtəlif janrların görkəmli ifaçıları, Con Hassel, Brayan İno, Daniel Lanua, Edc, Robert Fripp, Devid Silvian, Brayan Ferri, Nüsrət Fateh Əli Xan və digərləri ilə əməkdaşlıq edib. O öz musiqilərində mütəmadi olaraq elektrogitaradan istifadə edir, üslubunda sonsuz susteynlərə üstünlük verir. Amerika bəstəkarlar, müəlliflər və nəşriyyatçılar birliyinin üzvüdür. Uşaqlığı Toronto şəhərində keçib. Uşaqlıq illərində fotoqraflıqla maraqlanıb. Məktəbi bitirdikdən sonra bir neçə musiqi qrupunda gitaraçı qismində çıxış edib, sonradan musiqi haqqında bilgilərini daha da önə aparmağa qərar verib. Elektron musiqi və incəsənət və elektronika sahəsinin psixologiyasını öyrənmək üçün York Universitetinə daxil olub. Həmin ali təhsil ocağında tədris proqramına afrika musiqisinin amerika musiqisinə təsiri fənni daxil edilib. Maykl şərq musiqisi bölməsinin müəllimləri, o cümlədən bəstəkar və ifaçı Con Hassel, bəstəkar-minimalist La Monte Yanq və Klassik yəhudi müğənnisi Pandit Pran Nat ilə dostlaşıb. 1976-cı ildə Con Hasselin ilk albomunun yazılmasında səs rejissoru qismində iştirak edib, 80-ci illərdən etibarən onun ansamblında musiqiçi olaraq çıxış edib. Kinoda daha çox “Vəhşi təbiətdə” (2007), “Bruklin” (2015), “And” (2012), “Döyüşçü” filmlərinin bəstəkarı kimi tanınır. Ümumilikdə 65 televiziya və bədii filmə musiqi bəstələyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Brook

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç