Talisa Soto

Talisa Soto

Aktrisa

BİOQRAFİYA

Talisa Soto 27 mart 1967-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Valideynləri 1950-ci illərdə Bruklinə köçmüş Puerto-rikolu mühacirlər olub. Soto hələ uşaq olanda valideynləri Massaçusets ştatına köçüblər. Soto karyerasını fotomodel olaraq başlayıb. Kino karyerasına baş vurduqdan sonra 20-dən çox filmə çəkilib. Daha çox “Ölümcül döyüş (Mortal Kombat) video oyunun1995-ci illərdə ekranlara çıxmış eyniadlı adaptasiyasında və onun sikvelində yaratdığı “Kitana” adlı döyüşçü personajı ilə yaddaşlarda qalıb. 1989-cu ildə “Öldürmək üçün icazə”, 1995-ci ildə “Ölümcül döyüş “(Mortal Kombat), 2001-ci ildə “Pinero”, 2002-ci ildə “Ballistika: Eks Siverə qarşı”(Lüsi Lyu və Antonio Banderasla birgə) kimi filmlərdə rol alıb. Qonaq aktyor olaraq “C-16: FBI” teleserialının çəkilişlərində iştirak edib. 1995-ci ildə baş rola Conni Deppin çəkildiyi “Don Juan de Marko” ironik komediyasında rol alıb. Həmçinin aktrisa ifaçı Mark Entoninin “I need to know” mahnısının klipinə çəkilib. Həmçinin “Məğlubedilməz casus”, “Yuxu ovçusu”, “Karyera,” “Milçək tələsi”, “Ölülər adası” kimi filmlərdə ikinci dərəcəli rolları ifa edib. 90-cı ildə dünyanın ən gözəl insanlarının əlliliyinə daxil edilib (“People” jurnalının versiyasına görə). 1995-ci ildə “Sports İllustrated" idman jurnalının üz qabığında şəkli dərc olunub. Soto Luis Mendilorun həyat yoldaşı olub, daha sonra onun qardaşı Kostos Mendilora üstünlük verib və onunla birgə 3 il (1997-2000) ailə həyatı sürüb. Daha sonra “Pinero” filminin çəkilişlərində Bencamin Brettlə tanış olub. 2002-ci ildə cütlük münasibətlərini rəsmiləşdirib. Onların iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D1%82%D0%BE,_%D0%A2%D0%B0%D0%BB%D0%B8%D1%81%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç