Maykl Kemen
Bəstəkar
Maykl Kemen 15 aprel 1948-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerikalı bəstəkar, dirijor, prodüser, aktyor, aranjimançıdır. 70-dən çox filmin yaradılmasında iştirak edib. Daha çox “Dağlı”, “Mister Hollandın musiqi parçası” (ən yaxşı instrumental kompozisiyaya görə “Qremmi”yə layiq görülüb), “Robin Hud: Oğruların şahzadəsi”, “Braziliya", “Naməlum insanlar”, “Ölümcül Silah” saqasının hər dörd filmi, “Məğlubedilməz” silsiləsinin beş hissəsindən üçünün bəstəkarı kimi tanınır. Kino və televiziyadan başqa klassik və pop musiqi sahəsində bəstəkarlıq edib. Luçano Pavarotti, Erik Klepton, Devid Qilmor, Stinq, Pit Taunsend, Devid Boui, Brayan Adams, Bob Dilan, Pink Floy, Aerosmith, Metallica, Queen və digər məşhur ifaçılar və musiqiçilərlə əməkdaşıq edib. Kemen öz musiqisində ənənəvi və müasir janrların vəhdətini ərsəyə gətirib. Ölümündən qabaq “Kvintet” adlı musiqi parçasını yazıb. Prodüsser, bəstəkar və aranjimançı olaraq 9 dəfə “Qremmi” mükafatına namizəd olub. Məktəblərdə musiqi dərsinin tədris olunmasının tərəfdarı olan bəstəkar, məktəblərə pulsuz musiqi alətləri paylaşdıran qeyri-gəlir təşkilatını yaradıb. 1999-cu ildə “Berkley’s Community Theatre” adlı teatr binasında San-Fransisko Simfonik Orkestri və əfsanəvi “Metallica” qrupu ilə birgə “canlı” konsert verib. Proqram "Metallica" qrupunun üslub və xronoloji ardıcıllıq baxımından bütün yaradıcılığını əhatə edib, həmçinin yeni mahnıları ifa olunub. Uzun müddət sklerozdan əziyyət çəkən Keymen 18 noyabr 2003-cü ildə Londonda 55 yaşında infarktdan vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D0%B9%D0%BC%D0%B5%D0%BD,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB