Maykl C. Uilson
Ssenarist, prodüser
Maykl Qreqq Uilson 21 yanvar 1942-ci ildə Nyu-Yorkda (ABŞ) aktyor Lyuis Uilsonun ailəsində doğulub. “Bondiana”nın icraçı prodüseri Albert. R. Brokkolinin ögey oğludur. Uilson 1963-cü ildə Harvi Mad Kollecini elektrik ixtisası üzrə bitirib. Daha sonra Stenford Universitetində hüquqşünaslıq üzrə ali təhsil alıb. Təhsili başa vurduqdan sonra Birləşmiş Ştatlar hökuməti üçün işləyib. 2008-ci ildə Britaniya İmperiyası Ordeninin Zabiti titulunu qazanıb. İki övladı var, hər ikisi "Eon Productions" şirkətində çalışır. Daha çox agent 007 – Ceyms Bond haqqında silsilədən olan filmlərin ssenaristi kimi tanınıb. “Yalnız sənin gözlərin üçün” (1981), “Qətlə baxış” (1985), “Səkkizayaqlı ilbis” (1983) və digər filmlərinin, həmçinin “Ceyms Bondun oğlu” (1991) serialının ssenari müəllifidir. “Öl, amma bu gün yox (2002), Azərbaycanda lentə alınmış “Bir dünya kifayət deyil” (1999), “Qoldfinqer” (1964) filmlərinin çəkilişlərində prodüser qismində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_G._Wilson