Con Qlen

Con Qlen

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Con Qlen 15 may 1932-ci ildə Britaniyanın Sanberi-on-Temz şəhərində anadan olub. Kinematoqrafiya karyerasına 1945-ci ildə çapar olaraq başlayıb. 1940-cı illərdə “Shepperton Studios” vizual və səs redaksiya şöbələrində rejissor Aleksandr Kordun filmləri (məsələn, Üçüncü adam (1949)) üzərində işləyib. Daha çox “Agent 007” haqqında “Bondiana” silsiləsindən 5 filmin rejissoru kimi şöhrət qazanıb. Kinoda debütü 1961-ci ildə “Chemistry for six forms” adlı sənədli serialda video montajçı olaraq başlayıb. Rejissor debütünü 1968-ci ildə “Çantanın içində olan adam” teleserialında gerçəkləşdirib. 1960-70-ci illərdə Con “Supermen” (1978) və “Vəhşi qazlar” (1978) kimi bədii filmlərdə rejissor köməkçisi olub. Eyni zamanda Bondiananın üç filminin çəkilişlərində (“Əlahəzrət” (1969), Məni sevən casus (1977) və “Ay yürüşçüsü” (1979)) iştirak edib. Ceyms Bond haqqında filmlərdən sonra, "Kristofer Kolumb: Amerikanın fəthi" (1992) və “Simasız” (2001) kimi filmləri lentə alır. Həmçinin “Space Precint” (1994-1995) adlı elmi-fantastik serialın bir neçə epizodunu lentə alıb. 2001-ci ilə rejissor öz memuarlarından ibarət kitab dərc edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D0%B5%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç